Güvənliyiniz

Bütün işlərimizin başında güvənliyiniz gəlir.

Datanız güvənli deyilsə, deməli, məxfi də deyil. Buna görə də Axtarış, Xəritə və YouTube kimi Google xidmətləri dünyanın ən qabaqcıl güvənlik infrastrukturları tərəfindən qorunur.

Köçürülən zaman datanız şifrələmə sayəsində məxfi qalır

Şifrələmə xidmətlərimizə yüksək səviyyədə güvənlik və məxfilik gətirir. Məktub göndərmək, video paylaşmaq, sayta girmək və ya şəkillərinizi saxlamaq kimi işlər gördüyünüz zaman yaratdığınız data cihazdan Google xidmətlərinə və data mərkəzimizə gedir. Bu datanı HTTPS və Transport Layer kimi aparıcı şifrələmə texnologiyaları daxil olmaqla, çoxqatlı güvənlik sistemi qoruyur.

Bulud infrastrukturumuz datanızı 24 saat 7 gün qoruyur

Datanı qitələr arasında ötürən data mərkəzlərindən optik kabellərə qədər, Google dünyanın ən güvənli bulud infrastrukturuna malikdir. Datanızı qorumaq və gərək olanda sizə təqdim etmək üçün daima nəzarət edilir. Datanı çoxsaylı data mərkəzləri üzərindən təqdim edirik ki, bədbəxt hadisə olan zaman bir mərkəzdən digər mərkəzə avtomatik və ani keçid mümkün olsun.

Təhlükə aşkarlanması xidmətlərimizi qorumağa yardım edir

Spam, virus və digər ziyanverici proqramlardan qorumaq məqsədilə xidmətlərimizi və onların infrastrukturlarını daima nəzarətdə saxlayırıq.

Dövlət datanıza birbaşa daxil ola bilməz

Datanıza və ya datanızı saxlayan serverlərimizə arxa qapıdan giriş vermirik. Bu o deməkdir ki, ABŞ daxil olmaqla, heç bir dövlət istifadəçilərimizin məlumatlarına daxil ola bilməz. Bəzən hüquq mühafizə orqanlarından istifadəçi datası haqqında sorğular əldə edirik. Hüquq komandamız bu sorğuları nəzərdən keçirir və həmin sorğuların konkret olmadığı və ya düzgün prosesi izləmədiyi halda, onu geri göndərir. Şəffaflıq Raportunda bu data sorğuları haqqında mümkün qədər çox açıq olmaq üçün əlimizdən gələni etdik.

Şifrələmə Eyfel Qülləsinin şəklindən kənara çıxır

Gmail şifrələnməsi e-məktubları məxfi saxlayır

İlk gündən başlayaraq Gmail şifrələnmiş bağlantıları təqdim edirdi ki, pis adamlar göndərdiklərinizi oxuya bilməsin. Gmail eyni zamanda sizi mümkün güvənlik risklərindən qoruyur. Şifrələnməmiş bağlantı üzərindən göndərilən məktub aldığınız zaman Gmail sizi xəbərdar edir.

Gmail E-poçtu güvənlik darama xəbərdarlığı işarəsini göndərir

Gmail spamdan qoruma şübhəli məktubları filtrləyir

Ziyanverici proqram və fişinq hücumlarının çoxu e-məktubla başlayır. Gmail güvənliyi sizi spamdan, fişinqdən və zərərverici proqramdan qoruyan ən yaxşı e-poçt xidmətidir.

Maşının öyrənməsi və süni intellekt Gmail'in spam filtrinin daha səliqəli və dəqiq olmasına yardım edir. Hazırda spamın 99.9%-i gələnlər qutusundan kənarda qalır.

Güvənlik güncəllənmə proqresli Chrome Brauzeri

Chrome brauzer güvənliyinizi avtomatik güncəlləyir

Güvənlik texnologiyası daima dəyişir, buna görə də təhlükəsizlikdə qalmaq güncəl qalmaq deməkdir. Buna görə də Chrome istifadə etdiyiniz brauzerin son versiyada olmasını və son güvənlik düzəlişlərini həmişə yoxlayır. Bununla da ziyanverici (virus) və aldadıcı (fişinq) proqramlardan qorunma təmin olunur. Chrome avtomatik güncəllənir ki, sizi qoruyan ən son Chrome texnologiyasına malik olasınız.

Zərərli tətbiq telefona girməyə çalışır

Google Play zərərverici tətbiqləri telefonunuzdan kənar saxlayır

Cihazlarınızın güvənliyinə ən böyük təhlükələr onlara quraşdırdığınız tətbiqlərdən də gəlir. Aşkarlama sistemimiz ziyanverici tətbiqlərin onlar Play Marketə çatmadan öncə qarşısını alır. Tətbiqin güvənli olmasına əmin deyiliksə, Android Güvənlik Komandası onu manual yol ilə yoxlayır. Aşkarlama sistemimizi incələdiyimiz üçün Google Play'dəki tətbiqləri yenidən qiymətləndiririk və ziyanverici ehtimalının ola biləcəyi hər hansı bir tətbiqi dərhal yığışdırırıq ki, onlar cihazınıza çatmasınlar.

Google zərərli və aldadıcı reklamları bloklayır

Ziyanverici proqramlı reklamlar, görmək istədiyiniz məzmunu örtən reklamlar, saxta malları tanıdan reklamlar və reklam qaydalarını digər yollarla pozan reklamlar internet təcrübənizi pis günə qoya bilər. Buna çox ciddi yanaşırıq. Hər il canlı nəzarətçilərimizin və mürəkkəb proqramlarımızın köməyilə milyarda qədər zərərli reklamın qarşısı alınır. Həmçinin, zərərli reklamları xəbər vermək və istədiyiniz reklamları görmək imkanını sizə veririk. İnterneti hamıya güvənli etmək üçün ən uğurlu təcrübələrimizi fəal şəkildə dərc edirik.

Google Güvənlik Qalxanı və yoxlama siyahısı

Güvənlik Yoxlaması ilə hesabınızı təhlükəsiz edin

Google Hesabınızı qorumaq üçün edəcəyiniz ilk şey Güvənlik Yoxlamasını etməkdir. Bu funksiya bərpa məlumatınızın güncəl olmasına və hesabınıza qoşulmuş saytların, tətbiqlərin və cihazların hələ də tərəfinizdən istifadə edildiyinə və onlara güvəndiyinizə əmin olmanız üçündür. Şübhəli bir şey görən kimi dərhal parolunuzu və ayarlarınızı dəyişə bilərsiniz. Güvənlik Yoxlaması bir neçə dəqiqə vaxt alır və onu istədiyiniz vaxt istədiyiniz qədər edə bilərsiniz.

Güvənlik Yoxlamasını həyata keçirin
Gmail şübhəli fəaliyyət xəbərdarlığı alır

Şübhəli fəaliyyət haqqında bildiriş alın

Hesabınızı pis adamlardan qorumaq üçün qeyri-adi fəaliyyətləri daima izləyirik və hər hansı bir qəribəlik olan kimi sizə xəbər veririk. Məsələn, tanınmayan bir cihazdan hesabınıza giriş cəhdi edilərsə, hesab bərpa məlumatınız dəyişərsə, sizinlə əlaqə saxlayaraq bunun sizin tərəfinizdən edilməsini öyrənməyə cəhd edəcəyik. Bildirişlər sizə e-poçt vasitəsilə göndərilir, lakin mesajların telefona göndərilməsi üçün qeydiyyatdan keçə bilərsiniz.

Eyni doğrulama cihazı ilə cihaza və brauzerə hesab girişi

Hücumun qarşısını almaq üçün hesaba girişinizi gücləndirin

Güclü parol hakerləri içəri buraxmır və hesabınızı qoruyur. Yaxşı parol yaratmaq üçün onun unikal olmasına əmin olun. Parol hərflərin, rəqəmlərin və simvolların qarışığından ibarət olsun və onu yalnız Google hesabı üçün istifadə edin.

2-Addımlı Doğrulama təklif etməklə hesabınızın daha güvənli olmasına yardım edirik. 2-Addımlı Doğrulama hesabınıza giriş üçün paroldan daha artıq şey tələb edir. Bu, telefonunuza göndəriləcək 6 rəqəmli kod, və ya hətta fişinqdən qorunmaq üçün kompüterin USB portuna daxil ediləcək Güvənlik Açarı ola bilər.

Brauzer Chrome'da qorunan parolları göstərir

parolu gücləndirən alətlərlə özünüzü qoruyun

Chrome'un daxili parol meneceri müxtəlif saytlar üçün parolları yadda saxlayaraq sizə daxil olduğunuz hər sayt üçün ayrı parol istifadə etməyə imkan verir. Həmçinin, Chrome artırması olan Parol Xəbərdarlığı əlavə edərək Google parollarınızı qeyri-Google saytlarına daxil edən zaman fişinq hücumlarından qoruna bilərsiniz.

Google Xəritə itmiş telefonun yerini aşkarlayaraq onu kənardan bloklayır

Telefonunuz itəndə hesabınız qoruma altında olsun

Telefonunuz itibsə və ya oğurlanıbsa, Hesabım bölməsinə daxil olaraq datanızı qısa zamanda qoruya bilərsiniz. Android və ya iOS cihazınız varsa, cihazı tapa və kilidləyə, parolu dəyişə, əsas ekrana istədiyiniz mesajı əlavə edə və hətta telefondakı bütün datanı silə bilərsiniz.