Datanız

Hansı məlumatı toplayıb istifadə etdiyimizi bilməyinizi istəyirik.

Google xidmətləri istifadə etdiyiniz zaman məlumatlarınızı bizə etibar edirsiniz. Toplama və istifadə formalarının məsuliyyəti bizim üzərimizdədir.

Üç əsas data növü toplayırıq:

Etdikləriniz

Xidmətlərimizi istifadə etdiyiniz zaman, məsələn, Google'da axtarış etdiyinizdə, Google Xəritədə istiqamətləri əldə etdiyinizdə və ya YouTube'da videoya baxdığınızda bu xidmətlərin sizə faydalı olması üçün məlumat toplayırıq. Bu məlumata aiddir:

  • Axtardıqlarınız
  • Girdiyiniz saytlar
  • Baxdığınız videolar
  • Kliklədiyiniz və ya tıkladığınız reklamlar
  • Məkanınız
  • Cihaz məlumatı
  • IP ünvanı və kuki datası

Yaratdıqlarınız

Google Hesabınızla daxil olmusunuzsa, xidmətlərimizi istifadə etdiyiniz zaman yaratdıqlarınızı saxlayırıq və qoruyuruq. Buna aiddir:

  • Gmail üzərindən göndərdiyiniz və aldığınız məktublar
  • Əlavə etdiyiniz kontaktlar
  • Təqvim tədbirləri
  • Yüklədiyiniz fotolar və videolar
  • Diskdəki Sənədlər, Cədvəllər və Slaydlar

Sizi "siz" edən şeylər

Siz Google Hesabında qeydiyyatdan keçərkən, bizə verdiyiniz əsas məlumatları saxlayırıq. Bura daxil ola bilər:

  • Ad
  • E-poçt ünvanı və parol
  • Doğum günü
  • Gender
  • Telefon nömrəsi
  • Ölkə
Smartfonda Google Xəritə

Google Xəritə yerlərinizi necə sürətlə tapır

Google Xəritə tətbiqini işlətdiyiniz zaman telefon məkanınız haqqında anonim məlumatı Google'a ötürür. Trafik izlərini tanımaq üçün bu məlumat ətrafınızdakı şəxslərin məlumatları ilə cəmlənir. Örnək olaraq, Xəritə yerləşdiyiniz küçədə avtomobillərin yavaş hərəkət etdiyiniz aşkarlayaraq sizə həmin küçədə tıxacın olması haqqında xəbər verir. Növbəti dəfə Xəritə sizi qəza haqqında xəbərdar edir və daha əlverişli yolu təqdim edir. Yaxınlıqdakı sürücülərin datası bunu etməyə imkan verir.

Avtomatik tamamlanmalı Google Axtarış paneli

Google axtarışlarınızı necə avtomatik tamamlayır

Axtardığınız şeyin adını səhv yaza bilərsiniz. Google həmin səhvi düzəldir. Necə? Orfoqrafiya modelimiz eyni səhvi etmiş adamlardan topladığı data sayəsində həmin düzəlişi edir. Buna görə də "Barsalona" yazdığınız zaman "Barselona" sözünü nəzərdə tutduğunuzu yəqin edirik.

Axtarış tarixçəniz axtarışlarınızın Google tərəfindən tamamlanması imkanı verir. Məsələn, əvvəllər "Barselonaya uçuş" axtarmısınızsa, eyni sözü təkrar yazanda, tamamlamadan öncə onu axtarış xanasında sizə təqdim edirik. Və ya futbol klubunun fanatısınızsa və "Barselona xalları" axtarırsınızsa, onu təqdim edirik.

Avtomatik doldurma ilə tamamlanmış forması olan Chrome tabı

Chrome formanı əvəzinizə necə tamamlayır

Hər dəfə alış etdiyiniz və ya onlayn hesab üçün qeydiyyatdan keçdiyiniz zaman şəxsi məlumatlarınızı formaya yazmaq üçün vaxt sərf edirsiniz. Chrome istifadə edəndə ad, soyad, ünvan, telefon nömrəsi, e-poçt ünvanı və ödəniş məlumatı kimi datanı saxlayırıq ki, bu cür formalar əvəzinizə avtomatik doldurulsun. Spesifik avtomatik doldurma sahələrinə düzəliş edə və ya bu ayarl ümumiyyətlə deaktiv edə bilərsiniz.

Profil şəkli və şəxsi nəticələr düyməsi olan Google Axtarış paneli

Google Axtarış məlumatı sizin üçün necə tapır

Google Axtarış Gmail, Google Foto, Təqvim və sair yerlərdən faydalı məlumatları toplaya bilər ki, onları şəxsi axtarış nəticələrinizdə təqdim edərək sizi əlavə zəhmətdən qorusun. Sadəcə "stomatoloq görüşüm", "çimərlikdəki şəkillərim", "otel rezervim" kimi axtarışlar bəs edəcək. Hesabda olduğunuz müddətdə, bu məlumatı digər Google xidmətlərindən götürərək bircə saniyəyə sizə təqdim edirik.

İstifadəçi və Google Assistant arasındakı çat balonları

Google Assistant işlərinizi qaydasına salmağa necə kömək edə bilər

Evdə və ya yolda olmağınızdan asılı olmayaraq Assistant həmişə kömək etməyə hazırdır. Assistant'a sual ünvanladıqda və ya etməli olduğu işi dedikdə o, ehtiyacınız olanı əldə etmək üçün digər Google xidmətlərindəki məlumatlardan istifadə edir. Məsələn, "Yaxınlıqda hansı kafelər var?" və ya "Sabah çətir götürməliyəm?" soruşsanız, Assistant ən doğru cavabı vermək üçün "Xəritə" və "Axtarış" xidmətlərindən, eləcə də, yeriniz, maraqlarınız və seçimlərinizdən əldə etdiyi məlumatlardan istifadə edir. Assistant ilə qarşılıqlı əlaqədən sonra toplanan məlumatlara baxmaq və ya onları silmək üçün həmişə "Fəaliyyətim" alətinə baxa bilərsiniz.

Göstəilən Hesabım olan brauzer

Məxfilik ayarlarınıza Hesabım bölməsində nəzarət edin

Google Hesabınızın olmasından asılı olmayaraq, Google xidmətlərinin sizə daha faydalı edəcək datanı seçə bilərsiniz. Hesabım bölməsi şəxsi məlumatınızı idarə etməyə və məxfiliyinizi qorumağa yardım edən alətlərə tez giriş verir.

Chrome pəncərəsindəki keçmiş axtarışlar

Fəaliyyətim bölməsində hesabınızdakı dataya baxın

Fəaliyyətim bölməsi axtardığınız və baxdığınız hər şeyi görə biləcəyiniz mərkəzi yerdir. Keçmiş onlayn fəaliyyətinizi xatırlamağı daha asan etmək üçün mövzu, tarix və məhsul üzrə axtarış etmək imkanları veririk. Hər hansı bir fəaliyyəti və ya fəaliyyət qruplarını həmişəlik silə bilərsiniz.

Chrome İnkoqnito ikonu

İnkoqnito rejimində internetdən privat şəkildə faydalanın

İnternet tarixçəniz axtarış nəticələrinizi daha faydalı edə bilər, lakin bəzən özünüzdən sonra iz buraxmaq istəmirsiniz. Əgər kompüterinizi sevgilinizlə paylaşırsınızsa, yəqin ki, onun doğum günü üçün axtardığınız hədiyyədən vaxtından öncə xəbər tutmasını istəməzsiniz. Belə anlar üçün internetə inkoqnito pəncərəsindən daxil olaraq Google Axtarışın veb tarixçənizi saxlamasının qarşısını ala bilərsiniz.