Nəzarəti ələ alın

Məxfiliyinizi idarə etmək imkanınız var.

Xidmətləri mümkün qədər faydalı etmək üçün data istifadə edirik, lakin hansı növ datanı toplayacağımıza dair qərarı siz verirsiniz. Məxfiliyinizi və güvənliyinizi idarə etməyiniz üçün Hesabım bölməsini hazırlamışıq və sizə rahat istifadə edilən alətlərə girişi təqdim edirik. Datanızın Google xidmətlərinə nə kimi fayda verməsinə siz qərar verirsiniz.

Hesabıma keçin

Məxfilik Yoxlaması ilə məxfilik ayarlarınızı idarə edin

Sadəcə bir neçə dəqiqə ərzində siz Google'un topladığı data növlərini, dostlarınızla və cəmiyyətlə paylaşdığınız məlumat növlərini seçə və Google tərəfindən sizə hansı reklamların göstərilməsinə dair qərar verə bilərsiniz. Bu ayarları istədiyiniz qədər dəyişə bilərsiniz.

Məxfilik Yoxlaması həyata keçirin

Güvənlik Yoxlaması ilə hesabınızı təhlükəsiz edin

Google Hesabınızı qorumaq üçün edəcəyiniz ilk şey Güvənlik Yoxlamasını etməkdir. Bu funksiya bərpa məlumatınızın güncəl olmasına və hesabınıza qoşulmuş saytların, tətbiqlərin və cihazların hələ də tərəfinizdən istifadə edildiyinə və onlara güvəndiyinizə əmin olmanız üçündür. Şübhəli bir şey görən kimi dərhal parolunuzu və ayarlarınızı dəyişə bilərsiniz. Güvənlik Yoxlaması bir neçə dəqiqə vaxt alır və onu istədiyiniz vaxt istədiyiniz qədər edə bilərsiniz.

Güvənlik Yoxlamasını həyata keçirin

Hesabınızla hansı datanın əlaqələndiyinə qərar verin

Xəritədəki daha yaxşı gündəlik yol variantlarından Axtarışdakı tez nəticələrə qədər hesabınızda saxladığımız data Google xidmətlərini sizə daha faydalı edir. Fəaliyyət Nəzarətini istifadə edərkən hesabınızla nəyin əlaqələnməsinə qərar verə və konkret hər hansı bir datanın toplanmasını durdura bilərsiniz. Buna internet fəaliyyətiniz, getdiyiniz yerlər və cihazlarınızdan toplanan məlumat aid ola bilər.

Fəaliyyət Nəzarətinə keçin

Tərcihlərinizə əsaslanan reklamları idarə edin

Reklam Ayarlarınızda maraqlandığınız mövzulara aid reklamları seçə bilərsiniz. Məsələn, Reklam Fərdiləşdirmə ayarlarında pop musiqini sevdiyinizi qeyd etsəniz, YouTube hesabınıza girdiyinizdə hazırlanan mahnı buraxılışları və yaxınlıqdakı şoular haqqında reklam görəcəksiniz.

Hesaba daxil olduğunuzda Reklam Fərdiləşdirməsini deaktiv etsəniz, reklamları uyğun göstərməyi dayandıracağıq. Hesabdan çıxdığınızda Reklam Fərdiləşdirilməsinin deaktiv edilməsi yalnız reklam göstərilən Google xidmətlərinə təsir edəcək.

Reklam Ayarlarına keçin

Fəaliyyətim bölməsində hesabınızdakı dataya baxın

Fəaliyyətim bölməsində xidmətlərimizi istifadə edərək axtardığınız, baxdığınız və izlədiyiniz şeylər haqqında məlumat tapa bilərsiniz. Keçmiş onlayn fəaliyyətinizi daha asan yada salmaq üçün mövzu, tarix və məhsul üzrə axtarış alətlərini sizə təqdim edirik. Hesabınızla əlaqəli olmasını istəmədiyiniz bəzi fəaliyyətləri və hətta bütöv mövzuları silə bilərsiniz.

Fəaliyyətimə keçin

Təməl hesab məlumatınızı nəzərdən keçirin.

Google xidmətlərində paylaşdığınız şəxsi məlumatlara (ad, ünvan və telefon nömrəsi) nəzarət edin.

Şəxsi Məlumatınızı nəzərdən keçirin

Datanızı Endirin ilə kontentinizi istədiyiniz yerə götürün

Fotolarınız. E-məktublarınız. Kontaktlarınız. Hətta əlfəcinləriniz. Google Hesabınızda saxlanmış məzmuna nəzarət edirsiniz. Bu səbəbdən Datanızı Endirin xidmətini yaratdıq. Məlumatlarınızı kopyalaya, yedəkləyə və hətta digər cihaza daşıya bilərsiniz.

Datanızı Endirin bölməsinə keçin