Güvənli internet

İnternetin hər kəsə güvənli olmasına yardım edirik.

Təkcə istifadəçilərimizə yox, həm də bütün onlayn dünyaya faydalı olan güvənlik texnologiyası tariximiz var. Xidmətlərimizi güvənli etmək üçün texnologiya yaradarkən onu hər kəsin faydası üçün paylaşa bilərik. Zaman-zaman yeni təhlükələr yaranır. adaptiv, qabaqcıl ölçülərimiz digər şirkətlər üçün yol hazırlayır.

Güvənli Brauzinq sadəcə Chrome istifadəçilərini qorumur

Güvənli Brauzinq texnologiyasını Chrome istifadəçilərini təhlükəli saytlardan qorumaq üçün yaratdıq. İnterneti hamıya güvənli etmək üçün bu texnologiyanı digər şirkətlər üçün də ödənişsiz etdik. Bu gün dünya əhalisinin yarısı Güvınli Brauzinq tərəfindən qorunur.

Problemli sayt sahiblərini saytlarında güvənlik probleminin olması haqqında xəbərdar edirik. İnkişaf etdirdikcə paylaşdığımız yeni güvənlik texnologiyası vasitəsilə biz internetin hər kəsə güvənli olmasını təmin edirik.

HTTPS texnologiyası istifadə edirik ki, internetdən təhlükəsiz şəkildə faydalanasınız.

HTTPS şifrələmə vasitəsilə xidmətlərimizə qoşulmaqla kənar şəxslərin marağından və hakerlərin hücumundan özünüzü qorumuş olursunuz. Saytları bu güvənliyi qəbul etməyə həvəsləndirmək üçün HTTPS şifrələməsini Google Axtarış alqoritminin axtarış nəticələrində saytların sıralaması üçün göstəricilərdən biri kimi istifadə edirik.

Zəif tərəfləri açmaq üçün güvənlik mükafatları yaradırıq

Google'da biz güvənlik mükafatı proqramlarını yaradırıq ki, xidmətlərimizdə zəiflikləri tapan müstəqil araşdırmaçılara ödəniş edirik, nəticədə tapılan zəifliyi aradan qaldırırıq. Hər il biz milyonlarla dollar mükafatı araşdırma üçün qrant şəklində ayırırıq. Hazırda Chrome və Android kimi Google məhsulları üçün güvənlik mükafatı proqramlarını istifadə edirik.

Güvənlik alətlərimizi developerlər üçün əlçatan edirik

Güvənlik texnologiyasının digərlərə faydalı olacağına inandığımız halda onu paylaşırıq. Məsələn, Google Bulud Güvənlik Skanerini developerlərə əlçatan edirik ki, veb tətbiqlərini Tətbiq Mühərrikində zəiflikləri aşkarlamaq üçün istifadə etsinlər.

Güvənli interneti təmin etmək üçün işlərimizi paylaşırıq

2010-cu ildən başlayaraq Google müəllif hüququ ləğvi, istifadəçi datası üzrə dövlət sorğuları, və Güvənli Brauzinq kimi güvənlik inisiativləri haqqında Şəffaflıq Raportu dərc etdi. Həmçinin, saytlar və e-poçt üçün sənaye uyğunlaşması haqqında data paylaşırıq. Bunu təkcə inkişafımızı istifadəçilərimizlə paylaşmaq üçün deyil, həmçinin digərlərini də güclü güvənlik tədbirlərini həyata keçirməyə həvəsləndirmək üçün edirik.