Reklamların işləmə şəkli

Şəxsi məlumatlarınızı heç kimə satmırıq.

Google xidmətlərində və bizimlə əməkdaşlıq edən mobil tətbiqlərdə reklam yerləşdirmək biznesimizin əsas hissəsidir. Reklamdan əldə etdiyimiz gəlirin sayəsində xidmətlərimizdən ödənişsiz faydalanmaq olur. Bu reklamları sizə göstərmək üçün data istifadə edirik, lakin şəxsi məlumatlarınızı (ad, e-poçt ünvanı, ödəniş məlumatı) satmırıq.

Məlumatlarınızı sizə uyğun reklamları göstərmək üçün istifadə edirik

Məsələn, yalnız qadınlar üçün hazırlanmış məhsulları kişilərə göstərməyək, və ya oyunlarla maraqlanmayan şəxsə oyun reklamı göstərməyək və sair. Axtarış, məkan, girilən saytlar, işlədilən tətbiqlər, baxılan videolar, yaş, cins və maraq dairəsi haqqında məlumatları cihazlardan toplayaraq, onlara əsasən reklamları istifadəçiyə təqdim edirik.

Hesaba girmisinizsə, Reklam Ayarlarınızdan asılı olaraq bu data cihazlarınız üzərindən gördüyünüz reklamları xəbər verir. Məsələn, əgər işdəki kompüterdən səyahət haqqında sayta girmisinizsə, axşam çağı telefonunuzda Parisə səyahət endirilmərinə dair reklam görə bilərsiniz.

Reklamçılar yalnız istifadəçi tərəfindən görülən və tıklanan reklamlara görə pul ödəyir.

Reklamçılar şəxsi məlumatlarınıza görə yox, reklamlarının nəticələrinə görə bizə ödəniş edir. Kimsə reklama baxanda, və ya reklamı görməsini sübut edən iş görəndə, məsələn, tətbiq yükləyəndə və ya sorğu formasını dolduranda reklama görə ödəniş edilir.

Reklamçılara onların kampaniyalarının nəticələri haqqında xəbər veririk

Reklamçılara reklamların performansı haqqında xəbər veririk, lakin bunu şəxsi məlumatınızı onları vermədən edirik. Reklamarınızın göstərilməsinin hər addımında şəxsi məlumatınız gizli saxlanır.

Google xidmətlərində və əməkdaş saytlarda reklamların işləmə şəkli

Sizə faydalı olan reklamları göstəririk. Həmin reklamlar Google xidmətlərində və ya bizimlə əməkdaşlıq edən vebsaytlarda və mobil tətbiqlərdə ola bilər.

Brauzer pəncərəsində müxtəlif rəngli velosipedlər

Axtarış reklamlarının işləmə şəkli

Google Axtarış istifadə etdiyiniz zaman reklamar uyğun axtarış nəticələrinin yanında və ya ondan yuxarıda görünə bilər. Çox zaman bu reklamlar axtarışınızın nəticəsi olur. Məsələn, "velosiped" sözünü axtarışa verəndən sonra yaxınlığınızdakı velosiped satılan dükanın reklamını görə bilərsiniz.

Digər hallarda uyğun reklamlar təqdim etmək üçün keçmiş axtarışlarınız və ya daxil olduğunuz saytlar nəzərə alınır. Örnək olaraq, əgər velosipedi nə zamansa axtarmısınızsa və hazırda "tətil" sözünü axtarışa verirsinizsə, tətildə zamanı velosiped sürmək üçün yerlər haqqında reklam görə bilərsiniz.

Gmail'dəki Google Reklamları sarı rənglidir

YouTube reklamlarının işləmə şəkli

YouTube'da videolara baxdığınız zaman videodan öncədən və ya video səhifəsində reklamlar görə bilərsiniz. Bu reklamlar baxmış olduğunuz videolara və ya YouTube axtarışlarınıza əsaslana bilər.

Örnək olaraq, "moda" sözünü axtarışa vermisinizsə və ya gözəlliklə əlaqəli videolara baxmısınızsa, gözəlliklə əlaqəli reklamlar görə bilərsiniz. Bu reklamlar baxdığınız videoların yaradıcılarına maddi dəstək olur.

Baxmaq istəmədiyiniz halda, reklamları atlaya bilərsiniz.

Xoşbəxt qadının YouTube videosuda dəbli gün eynəkləri reklamı var

Gmail reklamlarının işləmə şəkli

Gmail'də gördüyünüz reklamlar mesajlardan olan açar sözlər kimi dataya əsaslanır. Bu proses tam avtomalaşıb; reklam göstərmək xətrinə heç kəs sizin məktublarınızı oxumur.

Örnək olaraq, fotoqrafiya və ya kameralar haqqında xeyli mesaj almısınızsa, yaxınlıqdakı kamera dükanının reklamını görə bilərsiniz.

Profil fotolu brauzerdə stilli yaşıl çanta reklamı var

Google ilə əməkdaşlıq edən saytlarda reklamların işləmə şəkli

Saytlar və mobil tətbiqlər reklam göstərmək üçün bizimlə əməkdaşlıq edir. Bu reklamçılar reklamların istifadəçilərimizin fəaliyyətinə və bizimlə paylaşdığı məlumatlara əsaslanaraq göstərilməsi qərarına gəliblər; məsələn, reklamçı reklamın 25-34 yaşlı səyahətçilərə göstərilməsini istəyə bilər.

Həmçinin, daxil olduğunuz saytlara əsaslanan reklamları da görə bilərsiniz. Məsələn, alış kartınıza əlavə etdiyiniz, lakin almadığınız malın reklamını görə bilərsiniz. Lakin bunu ad və ünvan kimi heç bir şəxsi məlumatı işə qatmadan edirik.

Google reklam təcrübənizi idarə edin

Gördyünüz reklamların növünü idarə etmək üçün alətlər ixtiyarınızdadır.

Reklam Ayarları olan planşet və gün eynəyi reklamı

Tərcihlərinizə əsaslanan reklamları idarə edin

Reklam Ayarlarında maraqlandığınız mövzulara əsasən reklam almağı ayarlaya bilərsiniz. Məsələn, əgər Reklam Fərdiləşdirmə ayarlarında pop musiqini sevdiyinizi qeyd edirsinizsə, YouTube'a daxil olduğunuzda musiqi buraxılışları haqqında reklamları görə bilərsiniz.

Hesaba daxil olduğunuzda Reklam Fərdiləşdirməsini deaktiv etsəniz, reklamları uyğun göstərməyi dayandıracağıq. Hesabdan çıxdığınızda Reklam Fərdiləşdirilməsinin deaktiv edilməsi yalnız reklam göstərilən Google xidmətlərinə təsir edəcək.

Yuxarısında susdurma düyməsi olan yaşıl avtomobil reklamı

Görmək istəmədiyiniz reklamları silin

Bizimlə əməkdaşlıq edən saytlar və tətbiqlər vasitəsilə göstərilən reklamları susdurmaq imkanınız var. Reklamın küncündəki "X" işarəsini seçməklə, sizə maraqlı olmayan reklamları silə bilərsiniz.

Məsələn, avtomobil almağa hazırlaşdığınız bir vaxtda avtomobil reklamlarının sizə uyğunluğu ola bilərdi. Lakin, avtomobilinizi alandan sonra bu növ reklamlar sizə maraqsız gələ bilər.

Hesaba daxil olmusunuzsa, Reklam Ayarlarınızdan asılı olaraq, bu nəzarət hesaba daxil olduğunuz cihazlar üzərində təsirli olacaq.

Reklam göstərən Google xidmətlərində Bu Reklamı Blokla funksiyasından istifadə edərək, hesaba girmədə də reklamları bloklaya bilərsiniz.

Yuxarı sağ hissəsində məlumat düyməsi olan gün eynəyi reklamı

Reklamları göstərmək üçün istifadə etdiyimiz datadan xəbərdar olun

Sizə reklamları göstərmək üçün istifadə edilən datanız haqqında ətraflı məlumat vermək istəyirik. Niyə Bu Reklam hər hansı bir reklamı görməyinizin səbəbini izah edən funksiyadır. Örnək olaraq, Moda haqqında saytlara girdiyiniz üçün paltar reklamı görə bilərsiniz. Restoran reklamı görürsünüzsə, ola bilər ki, yaxınlığınızdakı restoranın reklamıdır. Bu cür data sizə faydalı ola biləcək reklamları göstərməyə yardım edir. Unutmayın ki, məlumatlarınızı reklamçılarla paylaşmırıq.